AMEA-nın magistrantları elmi tədqiqat təcrübəsi keçirlər

AMEA-nın magistrantları elmi tədqiqat təcrübəsi keçirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 31 yanvar tarixli sərəncamına əsasən, akademiyanın II kurs magistrantları təhsil proqramının əsas tərkib hissəsi olan elmi tədqiqat təcrübəsinə başlayıblar.
Təcrübə müddətində magistrantlar elmi tədqiqat işlərinin yerinə yetirilməsinin əsas yolları, dissertasiya işi üçün eksperimental xarakterli materialların toplanması, elmi-analitik informasiyalarla işləmək və eksperimental təcrübələrin aparılması istiqamətində praktiki biliklər əldə edirlər.
Təcrübədə 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 magistrant iştirak edir. Elmi tədqiqat təcrübəsi bitdikdən sonra isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər