Azərbaycan Universitetinin 171 tələbəsi istehsalat təcrübəsinə başlayıb

Azərbaycan Universitetinin 171 tələbəsi istehsalat təcrübəsinə başlayıb Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri bu gündən istehsalat təcrübəsinə başlayıblar.
Biiznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində 11 ixtisas üzrə təhsil alan 171 tələbə müxtəlif qurumlarda təcrübə keçəcəklər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələr, “Azərenerji” ASC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Neft Şirkətinin İnformasiya texnologiyaları və rabitə idarəsi, Yasamal Rayon Bələdiyyəsi, “Sumaks” MMC, AMEA-nın müxtəlif institutları, Aşıqlar Birliyi, “Aysberq KMT”, “İmdad Audit”, “Bolluq”, “Royal Print”, “BERC GROUP” və digər şirkətlərdə təcrübəçi tələbələrə 43 müəllim rəhbərlik edəcək.
Həm tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddətində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.
İstehsalat təcrübəsi mayın 24-də yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər