Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini

Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.
Bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:
"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bugünə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".
Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.

Tehsil-press.az


Oxşar xəbərlər