Viktor Qasımov: “Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”

Viktor Qasımov: “Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb” “Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”.
Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, “Coronovac” vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur”.
Qeyd edək ki, fevralın 23-ə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər