
Əvvəlcə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, müvəqqəti olaraq rektor vəzifəsini icra edən Əziz Qarayusifli, xarici əlaqələr üzrə prorektor Təranə Muradova, BXA-nın Kollec direktorunun müavini Olqa Haşımova, Kitabxana - informasiya mərkəzinin müdiri İradə Mehdiyeva çıxış ediblər.
Çıxış edənlər müharibə dövründə xalqın həmrəyliyi və mənəvi dəstəyindən söz açıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərin şücaət göstərdiklərini vurğulayıblar.
Sonda döyüşçülər xatirələrini bölüşüb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Görüş pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən karantin qaydalarına uyğun olaraq keçirilib.
Tehsil-press.az