Azərbaycan Turizm və Menecment Universitetində “HR Talks” layihəsi davam edir

Azərbaycan Turizm və Menecment Universitetində “HR Talks” layihəsi davam edir Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tərəfindən “HR Talks” layihəsi çərçivəsində gənc məzunlar və tələbələr üçün müxtəlif mövzularda onlayn tədbirlər keçirilir.
Layihənin məqsədi gənclərdə peşəkar karyera ənənələrinin formalaşdırılmasıdır.
“HR Talks” sosial layihə olmaqla, insan resurslarının idarə olunması sahəsində bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, bu sahədə işə qəbul, müsahibə, peşəkar portfolionun qurulması, karyera planlaması kimi mövzuları əhatə edir. Tələbə və gənc məzunların işə qəbul prosesinə qədər və işə qəbul prosesi zamanı hansı bilik və bacarıqlara yiyələnmələri ilə bağlı onlayn təqdimatlar keçirilir. Təqdimat mövzuları insan resursları (İR) mütəxəssislərinin ən çox qarşılaşdıqları problemlər, onların və mentorların tövsiyələri, müəssisəni təmsil edən İR mütəxəssisi təmsil etdiyi şirkətdə mövcud olan işə qəbul qaydaları və vakansiyalar və s. mövzuları əhatə edir. Gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün silsilə onlayn tədbirlər “Linkedin” profilinin qurulması və bu platformanın əhəmiyyəti”, “Karyerada uğur formulu”, “Karyera fürsətləri və işə qəbul prosesi”, “Effektiv “Linkedin” profili beynəlxalq təcrübədə”, “Tələbə və gənc məzunlar üçün karyera planlanması və peşəkar portfolionun qurulması”, “Əmək bazarında dəyərimizi necə artıraq?”, “İnsan resursları peşəkarı kimdir?”, “Münaqişələr və onların iş mühitinə təsiri”, “Kadr kargüzarlığı və əmək münasibətləri”, “Pandemiya zamanı iş axtarışı” mövzularında olub. Təqdimatçılar arasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin insan resursları üzrə mütəxəssisi Kəmalə Hüseynova, ATMU-nun karyera məsləhətçisi Aida Bayramova və digərləri olub.
Xatırladaq ki, layihə çərçivəsində növbəti onlayn görüş martın 7-də keçiriləcək. Görüş hər kəs üçün açıqdır və ödənişsizdir. Növbəti görüşləri ATMU-nun rəsmi “Facebook” səhifəsindən izləmək mümkün olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər