Ərdoğanla Putinin görüşü gözlənilir

Ərdoğanla Putinin görüşü gözlənilir Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin yaxın gələcəkdə görüşü planlaşdırılır.
Bu barədə iki ölkənin Prezidentləri “Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanılması münasibətilə keçirilən telekörpü zamanı razılığa gəliblər.
“Ən qısa zamanda dəyərli dostumla üz-üzə görüşənədək”,- deyə Ərdoğan qeyd edib.
Putin isə cavabında “Razılaşdıq. Biz artıq çoxdandır görüşmürük. Bunu yaxın zamanda etmək lazımdır”,- deyə bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər