Azərbaycan Memarlıq və İnşaat Universitetində “Liderlik” təliminə yekun vurulub

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Liderlik” təliminə yekun vurulub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə aktual məsələləri özündə cəmləşdirən “Liderlik” təlimi bu gün yekunlaşıb.
Üç gün davam edən təlimdə telejurnalist İradə İsak, Yükdaşıma şirkətinin rəsmisi Ruslan İmamquluyev, hepatoloq-qastroenteroloq Nazlı Qasımova tələbələrə liderlik bacarıqlarını aşılamağa çalışıblar.
Təlimin ilk günündə əsas mövzu multikultural dəyərlər, nitq mədəniyyəti olub. Tələbələrə nitqin səlisliyi, düzgünlüyü istiqamətində riayət olunmalı qaydalar izah edilib. Növbəti gün uğurlu iş həyatından bəhs edilib. Tələbələrə gələcək peşələrində uğur əldə etməyin sirlərindən danışılıb. Təlimin son günü isə sağlamlıq mövzusuna həsr olunub. Düzgün qidalanmanın önəmi, sanitar-gigiyenik qaydalara düzgün əməl olunması yolları barədə tələbələrə məlumat verilib və onların sualları cavablandırılıb.
Sonda təlimdə iştirak edən tələbələrə sertifikat verilib.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər