BDU-nun Filologiya fakültəsində tədbir: Xalqımızın zəfər tacı - Aprel döyüşləri

BDU-nun Filologiya fakültəsində tədbir: Xalqımızın zəfər tacı - Aprel döyüşləri Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Xalqımızın zəfər tacı - Aprel döyüşləri” adlı onlayn tədbir keçirilib.
Fakültənin I kurs tələbəsi Aygün Əhmədova çıxış edərək Aprel döyüşləri zamanı qısa müddətdə həyata keçirilən sürətli əks-hücum əməliyyatları nəticəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrindən azad olunduğunu qeyd edib.
Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov Aprel döyüşlərində Vətən oğullarının şücaətindən bəhs edib, dünya hərb tarixində xüsusi yeri olan və artıq yeni hərbi paradiqma kimi öyrənilən 44 günlük Vətən müharibəsində qələbənin təməlinin Aprel döyüşləri zamanı qoyulduğunu vurğulayıb.
Sonra I kurs tələbəsi Ləman Cəfərzadə Aprel döyüşlərində ordumuzun, igidlərimizin cəsarətindən söz açıb. I kurs tələbələri - Günel Əliyeva “Aprel səhəri” və Ləman Namazova “Ölümün üstünə atılan oğlan” şeirlərini səsləndiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər