BDU-da Aprel döyüşlərinin qəhrəmanlarının xatirəsi anılıb

BDU-da Aprel döyüşlərinin qəhrəmanlarının xatirəsi anılıb Aprelin 3-də Bakı Dövlət Universitetində (BDU) "Aprel döyüşləri -qəhrəmanlıq tarixçəmiz" adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin ictimai işlər üzrə dekan müavini Musa Cabbarov, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Arifə Məmmədbəyova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli Aprel hadisələrini işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi xarakterizə edib, bu döyüşlərin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan danışıblar.
BDU-nun rektoru Elçin Babayev tədbirdə iştirak edən Aprel döyüşlərinin iştirakçıları - kapitan Hikmət Məmmədov, baş leytenantlar Röyal Əşrəfov, Səməndər Manafov, leytenant Müzəffər Bahadırov və gizir Səxavət Salmanov ilə görüşüb.
Görüşdə Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirən Aprel döyüşlərində qazanılan uğurlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışılıb, şəhidlik zirvəsinə ucalan igid oğullarımız xatırlanıb.

BDU-nun Mətbuat Xidməti


BDU-da Aprel döyüşlərinin qəhrəmanlarının xatirəsi anılıb

Oxşar xəbərlər