ADU-da “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirili

ADU-da “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirili ADU-da “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirilib
Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd aprel döyüşlərini Qarabağ məsələsində dönüş nöqtəsi olaraq vurğulamaq və bu döyüşlərin nəticəsi olaraq qalib bir ordu pozisiyasına keçməyimizi bəyan etməkdir. O, tələbələrin bu tədbirdən ətraflı məlumat əldə edərək Azərbaycan tarixinin şanlı səhifəsi ilə qürur duyacaqlarını söyləyib.
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edən slayd təqdim edib və “Aprel döyüşləri: səbəb və nəticələri” adlı mühazirə oxuyub.
Daha sonra aprel döyüşlərində şəhid olan Xalid Əzizzadə və Əbdülməcid Axundovun valideynləri övladları ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir Müdafiə Nazirliyi tərəfindən aprel döyüşlərinə həsr olunan videoçarxın nümayişi ilə sona yetib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər