
Qış məktəbi biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün təşkil edilib. Gənc bioloqların elmi biliklərinin təkmilləşdirilməsinə, həmçinin onların gələcək fəaliyyətlərinin istiqamətləndirilməsinə xidmət edən layihənin proqramında yeni elmi prioritetlərə dair master klasslar, elmi məruzələr və disputlar həyata keçirilib.
S.Məmmədova qış məktəbində ABŞ, Böyük Britaniya, İsrail, Fransa, Türkiyədə fiziologiya, neyroelmlər və toksikologiya üzrə tanınmış alimlərin mühazirələrini dinləyib və müzakirələrdə iştirak edib.
Tehsil-press.az