BDU-nun müəllim-tələbə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllim-tələbə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Türkiyənin Antalya şəhərində keçirilən“Ətraf mühit kimyası” adlı beynəlxalq konfransda iştirak edib.
43 dövlətdən nümayəndə heyətinin təmsil olunduğu konfransda Ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova, baş müəllimi Hicran Rəfiyeva, doktorantı Emina Yolçuyeva, magistrantı Nuranə Şərifova, Torpaqşünaslıq kafedrasının müəllimi Lalə Hüseynova və Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının baş müəllimi Natavan Baxşəliyeva ətraf mühitin qorunması mövzusunda məruzələr ediblər.
Sonda Bakı Dövlət Universitetinin təmsilçilərinə sertifikatlar verilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər