
Görüşdə fotosintez, fiziologiya, biofizika, biokimya, molekulyar biologiya və nanobiotexnologiya istiqamətlərinin Bakı Dövlət Universitetində inkişafı perspektivləri və bu elm sahələri ilə bağlı əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb.
Elçin Babayev tanınmış alim S.Allahverdiyevin elmi araşdırmalarının nəticələrinin müntəzəm olaraq nüfuzlu jurnallarda dərc edildiyini və onun elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanındığını bildirib. Rektor bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr etdirən aparıcı beynəlxalq jurnalların redaksiya heyətinin üzvü olan S.Allahverdiyevin ötən il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Avards” mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.
S.Allahverdiyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyini vurğulayan tanınmış alim sonrakı uğurlarında bu amilin böyük rol oynadığını deyib. O, müzakirə edilən istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.
BDU-nun Mətbuat Xidməti