Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq forumda çıxış edib

Fiziologiya İnstitutunun əməkdaşı beynəlxalq forumda çıxış edib AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi Şövqi Hüseynov beynəlxalq forumda iştirak edib.
Gənc alim Şotlandiyanın Qlazqo şəhərindən idarə olunan Beynəlxalq Beyin Tədqiqatları təşkilatının (IBRO) və Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS) təşkilatçılığı ilə keçirilən virtual forumda məruzə ilə çıxış edib.
Ümumilikdə 7000 alimin iştirakı ilə keçirilən forumda Ş.Hüseynov ingilis dilində hazırladığı “Narkotik asılılığın supressiyasında serotoninergik sistemin iki müxtəlif yolla iştirakı” adlı e-poster məruzə ilə daha bir uğura imza atıb. O, öncədən təyin olunmuş şərtlərə əsasən ən yaxşı e-poster məruzəçi kimi PERC qrantına layiq görülməklə forumun iştirak və üzvlük haqlarından azad edilib.

Tehsil-press.az

Oxşar xəbərlər