
Görüşdə ATMU-nu Elm və innovasiya şöbəsinin elmi innovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova təmsil edib. O bildirib ki, ATMU konsorsiumun digər tərəfdaşları, o cümlədən Qazaxıstan, Rusiya, eləcə də Avropa İttifaqı ölkələri ilə birgə proqramların inkişafı və təlimlərin keçirilməsi, mövcud layihə üzrə qarşıya qoyulan məqsədlərə birgə nail olmağa hazırdır və bu kimi təşəbbüsləri daim dəstəkləyir.
Onlayn formatda təşkil olunan dəyirmi masanın əsas məqsədi turizm təhsili sahəsində Qazaxıstan turizm sənayesində gözləntilərin öyrənilməsi və layihə çərçivəsində maraqlı tərəflərin cəlb edilməsi üçün imkanların araşdırılmasıdır.
Tədbirdə Qazaxıstan turizm sənayesinin təmsilçiləri, həmçinin Xəzər Universitetinin Tədris və öyrənmə mərkəzinin direktoru Ülkər Bayramova, layihənin tərəfdaşları olan İtaliya, Litva, Qazaxıstan və Rusiya ali təhsil müəssisələrinin nümayəndələri fikir mübadiləsi aparıblar.
Tehsil-press.az