
Həkim nəzarətindən keçən donorların sağlamlıq durumu yoxlanıldıqdan sonra onların aksiyada iştirakına icazə verilib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
İraqlı tələbə Məhəmməd Hatif də qanvermə aksiyasında könüllü iştirak edib.
Qeyd edək ki, aksiya ADU-nun, “Gənc Beynəlxalq Hüquqşünaslar” və “Universitet Təhsilli Qadınlar” ictimai birliklərinin təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyilə həyata keçirilib.
Tehsil-press.az