Azərbaycan Dövlət Neft və Sənaye Universitetində könüllü qanvermə aksiyası təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində könüllü qanvermə aksiyası təşkil olunub Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
Universitetin müəllim və tələbələri bu humanist aksiyaya qoşularaq yüksək fəallıq göstəriblər.
Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən edilib. Həmçinin onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Toplanan qan yoxlanıldıqdan sonra talassemiyadan əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

[b]Kəmalə Rəhimli/b]

Oxşar xəbərlər