Elmi konfrans: Heydər ömrü

Elmi konfrans: Heydər ömrü Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər ömrü" mövzusunda elmi konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası keçmiş milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları komandanının baş müşaviri, general-mayor, respublikanın Əməkdar hüquqşünası Abbasəli Novruzov, ehtiyatda olan polkovnik, Təhlükəsizlik Alyansının üzvü Şücəddin Abdullayev və başqaları iştirak ediblər.
Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov konfransın işinə uğurlar arzulayaraq Ulu Öndər irsinin öyrənilməsinin gənclər üçün önəmini vurğulayıb.
Uzun müddət ümummilli lider Heydər Əliyevlə birgə işləyən Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik Şamil Süleymanov elmi məruzə ilə çıxış edib Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.
Daha sonra çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Heydər Əliyevin həm xüsusi xidmət orqanları, həm də təhsil sahəsi ilə bağlı fəaliyyətindən bəhs edərək konfransın hər iki sahənin vəhdətini təşkil etməsi baxımından çox əhəmiyyətli olmasını vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər