Kaliforniyada avtobusa atəş açıldı, ölənlər var - Video
ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) avtobusa atəş açılması nəticəsində azı 2 nəfər həyatını itirib, daha 5 nəfər xəsarət alıb. Avtomobildən içərisində şənlik keçirilən avtobusa 70-ə yaxın atəş açılıb. Ölənlərin hər ikisi qadındır. Hadisəni törədənlərin kimliyi hələ müəyyən edilməyib. Cinayətin motivləri araşdırılır.