BDU-da vaksinasiya prosesi davam edir

BDU-da vaksinasiya prosesi davam edir Bakı Dövlət Universitetində (BDU) kollektivinin vaksinasiya prosesi davam edir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb, 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.
BDU əməkdaşları peyvənd olunmaq üçün məntəqəyə müraciət edir, könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunurlar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.
Vaksinasiyanın birinci mərhələsində BDU-nun yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə peyvənd olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər