ADA Universitetində 9-cu beynəlxalq festival keçirilir

ADA Universitetində 9-cu beynəlxalq festival keçirilir ADA Universitetində 9-cu beynəlxalq festival öz işinə başlayıb.
Iyunun 23-dək davam edəcək festival çərçivəsində sərgi təşkil olunub.
Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hər il keçirilən beynəlxalq festivalın əhəmiyyətini vurğulayıb. Prorektor qeyd edib ki, festivalda 10-a yaxın ölkənin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri, yerli və xarici tələbələr iştirak edirlər. Tədbirin keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.
Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun, Argentinanın ölkəmizdəki səfiri Sergio Perez Gunella, Almaniyanın ölkəmizdəki səfiri Volfgang Manig, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edərək ölkələri barədə məlumat veriblər. Qeyd olunub ki, sərgidəki stendlərdə festivalda təmsil olunan ölkələrin milli mədəniyyəti, kulinariyası, kitablar, bukletlər və çap məhsulları nümayiş etdirilir.
Sonra festival iştırakçıları sərgi ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər