ADA Universitetində, 6-cı Beynəlxalq Festival

ADA Universitetində, 6-cı Beynəlxalq Festival DƏSTƏKLƏYİCİ MƏLUMAT:

ADA Universiteti artıq sevimli ənənələrindən birinə çevrilən illik Beynəlxalq Festivalını bu il altıncı dəfə keçirəcək. Universitetin Tələbə Mərkəzində təşkil edilən yarım günlük festivalda bu il rekord sayda ölkə- 40 ölkə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edəcək. Festivala ilk dəfə qoşulan ölkələr arasında Xorvatiya, Banqladeş, Finlandiya, Litva və Birləşmiş Ərəb Əmirlikləri var. Festival ölkələr barədə maraqlı məlumatlar, mətbəx və incəsənət nümunələrindən ibarət sərgi ilə başlayacaq və beynəlmiləl konsert proqramı ilə davam edəcək. Festival çərçivəsində həmçinin “Analar Festivalı” adı altında uşaq güşəsi təqdim olunacaq.Qeyd edək ki, hazırda ADA Universitetində 35 müxtəlif ölkədən yüzə yaxın beynəlxlaq tələbə təhsil alır. Onların üçdə biri Əlimərdan Topçubaşov adına beynəlxalq təqaüd proqramını qazananlardır.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər