
Konfransın açılışında rektor Ədalət Muradov, təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula və Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edəcəklər.
Konfrans saat 11-də UNEC-in rəsmi feysbuk səhifəsi və yutub kanalı üzərindən canlı yayımlanacaq.
ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Konfransa qəbul olunan məqalələr “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilir.
Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarusiya və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib.
Tehsil-press.az