UNEC dünya alimlərini bir araya gətirir

UNEC dünya alimlərini bir araya gətirir Fevralın 14-15-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Bu, ESD tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskvada təşkil olunub.
Beynəlxalq tədbirdə Vergilər Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri, həmçinin İngiltərə, Almaniya və digər ölkələrin ali təhsil müəssisəsindən alimlər iştirak edəcəklər.
Tədbirdə iyirmidən çox ölkənin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq, qlobal çağırışlar təhlil ediləcək. Konfransa 240-dan çox elmi məqalə təqdim olunub. Qəbul olunan məqalələr “Web of Science” bazasında və “EconLit”də dərc ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər