
Bakının Park Inn otelində keçiriləcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.
UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.
UNEC-in Mətbuat Xidməti