
Bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.
Hazırda Atletlər kəndində həyatın normal məcrada davam etdiyini vurğulayan F.Mansurov bildirib:
“Azərbaycanın Olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə komandamızın əhval-ruhiyyəsi və sağlamlıq durumu qənaətbəxşdir”.
Qeyd edək ki, Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılıb.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Tehsil-press.az