Tokiodakı Olimpiadada robotlardan istifadə olunacaq

Tokiodakı Olimpiadada robotlardan istifadə olunacaq 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarında robotların köməyindən də istifadə olunacaq. Bu barədə “İnterfaks” “Tokio 2020”nin idman direktoru Kodzi Murofusiyə istinadən xəbər verib.
“Bu, xüsusi ilə Paralimpiya Oyunları üçün önəmli olacaq. Məsələn, əlil arabasında hərəkət edən insanlar robotların köməyindən yararlana biləcəklər”, - Murofusi qeyd edib.
Direktorun sözlərinə görə, robotlaşdırılmış maşınlar oyun meydançalarında qonaqlara qida və içki də gətirə biləcək. İştirakçıların akkredetasiyası üçün isə üz tanıma texnologiyasından istifadə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər