XXXI Yay Olimpiya Oyunlarını açıq elan edilib

XXXI Yay Olimpiya Oyunlarını açıq elan edilib Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Tehsil-press.az-ın məlumatına görə, Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.
Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.


Tehsil-press.az

Oxşar xəbərlər