Günəşdə uzunperiodlu rəqslərə dair tədqiqat aparılıb

Günəşdə uzunperiodlu rəqslərə dair tədqiqat aparılıb Günəş Dinamikası Rəsədxanasının (Solar Dynamics Observatory, SDO) onilliklər boyunca müşahidələrinin məlumatlarını təhlil edən alimlər ilk dəfə olaraq Günəşdə 27 günə bərabər uzunperiodlu rəqslər aşkar ediblər. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.
Rəqslər Günəşin səthində təqribən saatda beş kilometr sürətlə hərəkət edən burulğan kimi təzahür edir. Tədqiqatın rəhbəri, Maks Plank Günəş Sisteminin Tədqiqatları İnstitutundan və Almaniya Hettingen Universitetindən Loran Qizonun sözlərinə görə, uzunperiodlu rəqslər günəşin dövretməsindən asılıdır, onlar təbiətən akustik deyil. Günəşin uzunmüddətli rəqslərinin aşkarlanması üçün illər ərzində onun səthində üfüqi hərəkətlərin ölçülməsi zəruridir. SDO-dan aparılan fasiləsiz helioseysmik və maqnit müşahidələr bu məqsəd üçün ideal dərəcədə uyğundur.
Tədqiqatçılar, hər birinin öz periodu və məkan asılılığı olan onlarla rəqs rejimi qeydə alıblar. Onların bir qismi qütblərdə, digərləri orta enliklərdə, üçüncüsü isə ekvatorda maksimal sürətə malikdir. Ekvator yaxınlığındakı maksimal sürət rejimi Rossby 2018-ci ildə kəşf edilib.
Kompüter modelindən istifadə edən müəlliflər göstəriblər ki, aşkar edilmiş rəqslər rezonans modalarıdır və mənşə baxımdan Günəşin diferensial dövretməsinə bağlıdır.
Müəlliflərin fikrincə, bu modellər Günəşin daxilinə baxmağa və rəqsin tam üçölçülü strukturunu müəyyənləşdirməyə imkan verir.
Tədqiqatçılar müəyyən ediblər ki, rəqslər Günəşdə daxili proseslərə, məsələn, turbulent hərəkətlərin gücünə və onunla bağlı Günəş mühitinə, habelə konvektiv hərəkətlərin gücünə çox həssasdır. Yeni növ rəqslərin kəşfi Günəşin daxili xüsusiyyəti, o cümlədən konvektiv hərəkətlər gücü haqqında nəticə çıxarmağa imkan yaradır.
Qeyd edək ki, Günəşi tədqiq edən fiziklər 1960-cı illərdə milyonlarla qısaperiodlu, təqribən 5 dəqiqəlik akustik rəqs modaları kəşf ediblər. Bunlar səthə yaxın konvektiv turbulentlikdən yaranıb. Beşdəqiqəlik rəqslər yerüstü və kosmik teleskoplar tərəfindən fasiləsiz müşahidə olunur. Seysmoloqlar Yerin daxili quruluşunu öyrəndikləri kimi, helioseysmoloqlar da həmin rəqslərdən Günəşin daxili strukturunu və dinamikasını öyrənmək üçün istifadə edirlər.
Ulduzlarda qısa rəqslərlə yanaşı, xeyli uzun rəqslərin olduğunu alimlər hələ 40 il əvvəl söyləyiblər, lakin onları indiyədək aşkar etmək mümkün olmayıb.
NASA-nın CDO rəsədxanası 2010-cu ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində rəsədxana Yerə yüz milyondan çox təsvir göndərib.

Tehsil-press.az

Oxşar xəbərlər