Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransının materialları çap edilib

Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransının materialları çap edilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilmiş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində çap edilib.
Kitabda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, professor Nəsrulla Məmmədov, filologiya elmləri doktoru Nəsib Göyüşov, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova və digər tanınmış alimlərin ilahiyyat və şərqşünaslıq elmlərinə aid məqalələri yer alıb.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov konfrans materiallarına yazdığı ön sözdə qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan respublika elmi konfransının mərhum akademikin irsinin ilahiyyatçı və şərqşünaslar tərəfindən bundan sonra da layiqincə davam etdirilməsinə, həmçinin görkəmli alimin həyat və yaradıcılığına həsr olunacaq yerli və beynəlxalq konfransların təşkilinə mühüm töhfələr verəcəyinə inanırıq.
Qeyd edək ki, Vasim Məmmədəliyev 1981-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru, həmçinin 1991-ci ildən Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. Alim Azərbaycan İlahiyyat İnstitutu Himayəçilər Şurasının üzvü olub.

Tehsil-press.az



Oxşar xəbərlər