İlahiyyat İnstitutunda konfrans: akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr

İlahiyyat İnstitutunda konfrans: akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
Konfransda akademik Vasim Məmmədəliyevin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək [email protected] elektron ünvanına göndərməlidir.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.

Tehsil-press.az

Oxşar xəbərlər