Mənəvi Dəyərlərin Təbliği Fondu bir sıra tanınmış şəxsləri təltif edib

Mənəvi Dəyərlərin Təbliği Fondu bir sıra tanınmış şəxsləri təltif edib Mənəvi Dəyərlərin Təbliği Fondu 2019-cu ilin yekunları ilə əlaqədar elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra şəxsləri mükafatlandırıb.
Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində səmərəli fəaliyyətinə görə Xalq şairi Ramiz Rövşən, mədəniyyət və incəsənət sahəsində dəyərlərimizin təbliği istiqamətində səmərəli fəaliyyətinə görə Xalq artisti Rasim Balayev təltif olunublar. Həmçinin cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan səhiyyə sahəsində xeyirxahlıq və mərhəmət dəyərlərinin təbliği, eləcə də insanpərvərlik prinsiplərinin qorunmasında səmərəli fəaliyyətinə görə təltif edilib. Təltif olunanlar arasında "Nəsimi ili" çərçivəsində İmadəddin Nəsimi irsinin araşdırılması və təbliği ilə bağlı səmərəli fəaliyyətinə görə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və ölkəmizdə ilahiyyat elminin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov da var.

Tehsil-press.az

Oxşar xəbərlər