Bu gün daha üç idmançımız mübarizə aparacaq - Tokio-2020

Bu gün daha üç idmançımız mübarizə aparacaq - Tokio-2020 "Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Bu gün Olimpiadanın altıncı günündə Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.
Atletlərimiz idmanın 3 növündə güclərini sınayacaqlar.
Cüdo yarışlarının beşinci günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Məhəmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi Rafael Maçedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edir. Qrup mərhələsinin ikinci turunda badmintonçumuz Danimarka idmançısı Anders Antonsen ilə qarşılaşacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.
Boks yarışlarında təmsilçimiz Alfonso Dominqes (81 kq) ilk döyüşünü keçirəcək. Boksçumuzun 1/8 final mərhələsində rəqibi özbəkistanlı Dilşod Ruzmetov olacaq. Döyüş saat 15:27-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Onlardan artıq 17-si mübarizəni dayandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər