Olimpiadanın altıncı günündə altı azərbaycan idmançısı yarışacaq

Olimpiadanın altıncı günündə altı azərbaycan idmançısı yarışacaq Olimpiadanın altıncı günündə altı azərbaycan idmançısı yarışacaq.

Avqustun 10-u azərbaycan üzgüçüləri Boris Kirilov (200 metr, arxasıüstə) və Fatimə Alkərəmova (100 metr, sərbəst) yarışlara qatılacaqlar.
Cüdoçu Məmmədəli Mehdiyev 1/16 finalda rus Kiril Denisov ilə döyüşəcək.
Həmçinin boksçu Abdulkadir Abdullayev (91 kq) 1/4 finalda rinqə çıxacaq,Yure Meqııç kanoe-slalomun yarımfinalda iştirakını davam etdirəcək, gimnast Oleq Stepko çoxnövçülüyün finalında medal uğrunda mübarizəyə qatılacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).


Tehsil-press.az

Oxşar xəbərlər