
Layihəyə uyğun olaraq nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi, həmçinin risk vəziyyətlərində kompleks nəqliyyat prosesi və sistemlərinin simulyasiyası fənləri üzrə öyrənmə üsulu uğurla tətbiq edilib. Eyni zamanda, tələbələrə öyrəndikləri biliklərin tətbiqi imkanı yaradılıb, onlara müvafiq məsləhətlər verilib.
Qeyd edək ki, yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədrisi nəzərdə tutulur. 2020-2021-ci tədris ilində magistr proqramı üzrə 5 ixtisas fənninin tədrisi uğurla başa çatdırılıb.
Tehsil-press.az