Ərdoğan meşə yanğınlarında terror izini təsdiqlədi

Ərdoğan meşə yanğınlarında terror izini təsdiqlədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlama verib.
Türkiyəli lider televiziyalara müsahibəsində yanğınlarda terror izinə rastlandığını, saxlanılan şəxslərin ailələrinin PKK bağlantılarının olduğunu bildirib:
“Polis məsələ ilə əlaqədar araşdırmalarına davam edir. Bu narahatlığı ən başından bəri yaşadıq. Bunun altındna nələrsə çıxsı. Tutulanların ailələrinin PKK ilə əlaqələrinin olduğunu müəyyən etdik. Bütün polis təşkilatımız və kəşfiyyatımız bunu araşdırır. Bizim ciyərlərimiz yanır. Ciyərimizi yandıranın ciyərini yandıracağıq. Burada canlılar yandı.
Ortada bir cinayət var. Bir tərəfdən tələfat oldu, bir də o meşələr xüsusilə arılarımızın ən çox məhsul verdiyi yerlərdir. Marmaris bu mövzuda məşhurdur. Bunları bir kənara qoymağımız mümkün deyil. Yanğınlarla bağlı hər cür xəbər, sənəd və məlumat kəşfiyyatımız tərəfindən diqqətlə incələnir. Davam edən araşdırmaların nəticələrini ictimaiyyətlə paylaşacağıq”.

Tehsil-press.az




Oxşar xəbərlər