Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqların məktəb seçiminə avqustun 12-də başlanılacaq

Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqların məktəb seçiminə avqustun 12-də başlanılacaq 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqların məktəb seçiminə avqustun 12-si saat 11:00-da başlanılacaq.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da start veriləcək, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi isə sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər