Məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır

Məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır 2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi sentyabrın 14-də yekunlaşır.
Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunur.

Tehsil-press.az

Oxşar xəbərlər