Ukrayna müstəqilliyinin 30 illiyini qeyd edir - Video

Ukrayna müstəqilliyinin 30 illiyini qeyd edir - Video Sabah Ukraynanın müstəqilliyini elan etməsindən 30 il keçir.
Bu münasibətilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu yeni videoçarx hazırlayıb.
Videoçarxda bu dövlətin imkanları və perspektivlərini, sosial həyatı, həmçinin Ukraynanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri əks olunub.
Həmin görüntülərdə Ukraynaya 2021-ci il Tokio Olimpiadasında gümüş medal qazandıran həmyerlimiz Pərviz Nəsibov da yer alıb.



Tehsil-press.az



Oxşar xəbərlər