
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər imtahanın keçirilmə qrafiki ilə AMEA-nın müvafiq elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.
İmtahan AMEA Mərkəzi Elmi Kitabxanasının binasında saat 10:00-dan başlayaraq, saat 12:00-da və 14:00-da keçiriləcək.
Qrafikə uyğun olaraq, fəlsəfə fənnindən imtahan verən namizədlər imtahanın başlamasından 30 dəqiqə əvvəl binada olmalıdırlar.
Tehsil-press.az