Dövlət Dəniz Akademiyasına yeni tədris ili üçün tələbə qəbulunun nəticələri məlum olub

Dövlət Dəniz Akademiyasına yeni tədris ili üçün tələbə qəbulunun nəticələri məlum olub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2021/2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələri məlum olub.
Nəticələrə əsasən, ADDA üzrə Nazirlər Kabineti tərəfindən əvvəlcədən təsdiqlənmiş 200 plan yerindən 176-sı dolub. Tədrisi Azərbaycan və İngilis dillərində aparılan ixtisaslara qəbul 100 faiz olub. Boş qalan yerlər isə rus bölməsini əhatə edir. Akademiya üzrə maksimal bal (598) toplayan tələbə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının ingilis dili bölməsində təhsil alacaq. 30 tələbə imtahanlardan 400-500, 116 tələbə 300-400, 17 tələbə 200-300 aralığında bal toplaya bilib.
ADDA-ya qəbul olan 176 tələbədən 150-si dövlət sifarişi əsasında oxuyacaq.
Onu da qeyd edək ki, bu il ilk dəfə olaraq 3 subbakalavr qəbul imtahanlarında iştirak etmədən ADDA tələbəsi adını qazana bilib. Onların imtahansız qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.

Tehsil-press.az


Oxşar xəbərlər