
Təlimə Akademiyanın ümumi işlər üzrə prorektoru Ə.Quliyev start verərək, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları və s. barədə tələbələrə geniş məlumat verib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndisi E.Bayramov, Akademiyanın Mülki müdafiə üzrə mütəxəssisi A.Babaşov və Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis T.Əliyev tələbələri ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında təlimatlandırıblar. Sonda sərti yanğın məlumatına əsasən tələbələrin yanğın zamanı davranış qaydalarına riayət səviyyələrinin yoxlanılması məqsədilə praktiki təlim keçirilib.
ADDA-nın Mətbuat Xidməti