Suriyada PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub. Hücum nəticəsində 31 yaşlı çavuş Muammer Yiğit şəhid olub, daha 4 əsgər isə xəsarət alıb. Yaralı əsgərlər sərhəd xəttinə aparılaraq Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər. Şəhid Muammer Yiğit evli idi, 2 uşağı var. Tehsil-press.az