Turizm və Menecment Universiteti Macarıstanın Debrecen Universiteti ilə əməkdaşlıq edəcək

Turizm və Menecment Universiteti Macarıstanın Debrecen Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Macarıstanın Debrecen Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandumda tərəflər arasında tələbə mübadiləsi, akademik və layihə əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Macarıstanın Debrecen Universiteti mühəndisliyin müxtəlif sahələri, biznes, kənd təsərrüfatı ilə əlaqəli sahələr, tibb elmləri, humanitar, sosial və dəqiq elmlər üzrə ixtisaslaşıb. Debrecen Universiteti Macarıstanın ən qədim ali təhsil ocağı statusunda 1538-ci ildən fasiləsiz fəaliyyət göstərir. Bu ali məktəbin kitab ehtiyat fondu 6 milyondan çoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər