VI Aralıq dənizi konfransı keçiriləcək

VI Aralıq dənizi konfransı keçiriləcək Oktyabrın 23-24-də Aralıq dənizi Beynəlxalq Sosial Elmlər Konqresi və UBAK Beynəlxalq Elmlər Akademiyası Birliyinin təşkilatçılığı ilə Adanada VI Aralıq dənizi konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 18-dək təqdim etməlidirlər.
Ənənəvi və onlayn qaydada təşkil ediləcək konfransda iştirak ödənişlidir. Tələbələrə, müəllim və doktorantlara güzəştlər ediləcək.
Qeydiyyat üçün oktyabrın 19-dək müraciət etmək olar. Konfrans haqqında ətraflı məlumatla UNEC-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər