
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən və dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir.
Sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş etdirilib. Sərgi, həmçinin virtual formatda hazırlanıb və Azİİ Elektron Kitab Evinin səhifəsində təqdim olunub.
Tehsil-press.az