Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir

Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə fakültənin TGT-nin sədr müavini Sevinc Pənahova böyük alim Lütfi Zadənin həyatı, fəaliyyəti, elmi nailiyyətləri, kəşfləri haqqında danışıb, onun tədqiqatlarının dünya elminə verdiyi töhfələri diqqətə çatdırıb.
Tələbələrin çıxışlarında alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafına təkan verdiyi vurğulanıb. Bu nəzəriyyənin yeni intellektual texnologiyalara güclü təsir göstərdiyi, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığı bildirilib.
Sonra Lütfi Zadəyə həsr olunan fotoslayd və videoçarx nümayiş etdirilib.
Tədbirdə Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş məntiq müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblərə Tələbə Gənclər Təşkilatının sertifikatları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər