
Qəbul olan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilib.
Tehsil-press.az