Ali məktəblərə qəbul olanlar sentyabrın 7-dən 20-dək qeydiyyatdan keçməlidirlər

Ali məktəblərə qəbul olanlar sentyabrın 7-dən 20-dək qeydiyyatdan keçməlidirlər Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.
Tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər